Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil edilib

Baş səhifə

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günləri ilə əlaqədar 20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil edib.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.

Məlumata görə, sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin internet saytında və ya “ADY Mobile” tətbiqindən əldə edə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir