
Bakı. Trend:
15 mart 2026-cı il tarixində Naxçıvanda keçirilməli olan tam (11
illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı
dəyişdirilib və aprelin 19-da təşkil olunacaq.
Trend xəbər
verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilir ki, şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda
iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə
öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini
çap etmiş şagirdlər də həmin vaxt yenidən “İmtahana buraxılış
vərəqəsi”ni çap etməlidirlər.

