
Bakı. Trend:
“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank
olmayan Kredit Təşkilatının (BOKT) nizamnamə kapitalı
azaldılır.
Trend xəbər
verir ki, bu barədə BOKT özü elan edib.
Məlumata görə, şirkətin ümumi yığıncağının qərarına əsasən
təşkilatın nizamnamə kapitalı azaldılaraq 259 min 274 manat 47
qəpik məbləğində müəyyən edilib. Buna qədər isə BOKT-un nizamnamə
kapitalı 324 min 166 manat idi. Beləliklə, şirkətin nizamnamə
kapitalı 64,9 min manat azalıb.
“Kreditorları maraqlandıran suallarla bağlı AZ 1141, Bakı
şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllə, bina
1, mənzil 4 ünvanına müraciət edilə bilər”, – məlumatda
bildirilib.
Qeyd edək ki, “İcraçı Kredit Agentliyi” BOKT 2009-cu ildə dövlət
qeydiyyatına alınıb. BOKT-un qanuni təmsilçisi Əliyev Arif Lütvəli
oğludur.

