
Bakı. Trend:
Sabah Ramazan ayının 17-ci günüdür.
Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, martın 7-də Bakıda imsak saat 05:40-da, iftar isə
saat 18:53-dədir.
Ramazan ayının 17-ci gününün duası:
“Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li
fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya
alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və
alihit-tahirin”.
Tərcüməsi:
“İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və
arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız,
qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə
sənin salavatın olsun”.
Allah orucunuzu qəbul etsin!

