İranın Azərbaycanda terror planları ifşa olunub (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Dövlət Təhlükəsizlik Xidməti kompleks əks-kəşfiyyat
tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət
orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi
planlanlaşdırılan terror təxribatları və kəşfiyyat xarakterli
məlumatların toplanılmasının qarşısını alıb.

Trend xəbər verir ki,
cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna
xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan Neft Boru
Kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini
İcmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu hədəfə
alınıb.

Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib.

Həmin partlayıcılar zərərsizləşdirilərək digər şəxslərə
ötürülməsinin qarşısı alınıb.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir