“Qarabağ”ın 15 yaşlı futbolçusu Fransa klubuna gedir

Baş səhifə

Bakı. Trend:

Son dövrlər “Qarabağ”ın 15 yaşlı futbolçusu Əli Bəşirov öz oyunu
ilə diqqət çəkir.

Trend xəbər verir ki, o,
yaşının az olmasına baxmayaraq, bu qış hətta Qurban Qurbanov
tərəfindən əsas komandanın Türkiyənin Antalya şəhərindəki
toplanışına cəlb olunub. Yəni hücumameyilli yarımmüdafiəçi öz
potensialı ilə baş məşqçi Qurban Qurbanovun da diqqətini çəkib.




Ə.Bəşirov həm də Azərbaycanın U-18 milli komandasının üzvüdür və
bu yaxınlarda Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində
iştirak edib, gözəl qol vurması ilə fərqlənib (videonun xəbərin
sonunda).

Ə.Bəşirovun oyunu artıq bəzi xarici klubların da diqqətini cəlb
edib. Etibarlı mənbələrdən QOL.az saytına daxil olan xəbərə görə,
istedadlı futbolçu Fransanın “Strasburq” klubunun maraq dairəsinə
düşüb. Ə.Bəşirov hətta artıq Liqa-1 təmsilçisinin baxışına da dəvət
edilib. Bizə çatan xəbərə görə, Bəşirov may ayında Fransaya yola
düşəcək və “Strasburq”un düşərəsində 10-15 günlük baxışda olacaq.
Onun gənclərdən ibarət komandada hazırlıq keçəcəyi bildirilir.
Bəşirov baxış zamanı da özünü doğrultsa, yeni mövsümdə karyerasını
Fransada davam etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir