
Bakı. Trend:
Bu gün Azərbaycanın qadınlardan ibarət millisi dünya
çempionatının seçmə mərhələsi çərçivəsində 2-ci oyununa
çıxacaq.
Trend xəbər
verir ki, Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda səfərdə
Macarıstanla qarşılaşacaq. C Liqasının 3-cü qrupunun matçı
Felksutdakı “Panço Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat
17:30-da başlayacaq. Görüşü Portuqaliyadan olan hakimlər briqadası
idarə edəcək.
Bu qrupun digər oyununda isə Andorra Şimali Makedoniyanın qonağı
olacaq (Bakı vaxtı ilə saat 18:00).
Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Şimali Makedoniyaya
2:0 hesabı ilə qalib gəlib.
7 mart
17:30. Macarıstan – Azərbaycan
Baş hakim: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana
Moreyra Kosta, Sara Alves (Hakimlər briqadası
Portuqaliyadandır)
“Panço Arena”
18:00. Şimali Makedoniya – Andorra

