
Bakı. Trend:
Bu gün yerli vaxtla 06:48-də İranın cənubunda yerləşən Hörmüzqan
vilayətinin Bəndər Xəmir şəhəri ətrafında 4,3 bal gücündə zəzlələ
baş verib.
Trend-in
məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun
Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 15 km dərinlikdə yeraltı təkanların episentri
Laft şəhərinin 11 kilometrliyi və Dərgəhan şəhərinin 41
kilometrliyi olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

