Ceyhun Bayramov daha bir həmkarına İranın dron hücumları barədə məlumat verib

Baş səhifə

Bakı. Trend:

7 mart tarixində Türkmənistanın Nazirlər kabinetinin sədr
müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng
vurub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata
görə, telefon danışığı zamanı Azərbaycan Respublikasının Naxçıvan
Muxtar Respublikası ərazisinə İran İslam Respublikası tərəfindən
dron hücumlarından irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı
məlumat verib.

Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata
keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin
pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. Hücum
ilə bağlı İran tərəfindən qısa müddət ərzində izahat verilməsinin
tələb olunduğu diqqətə çatdırılıb.

Türkmənistan naziri mövcud vəziyyətin narahatlıq doğurduğunu
diqqətə çatdırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir