
Bakı.Trend:
Xətai rayonunda yük maşını piyadanı vurub.
Trend-in
məlumatına görə, hadisə dünən saat saat 14 radələrində Bakı şəhəri,
Xətai rayonu, Gəncə prospekti istiqamətində baş verib.
Belə ki, yük maşınının sürücüsü 1959-cu il təvəllüdlü Təhməz
Səfərov piyada 1999-cu il təvəllüdlü Ayişə Osmanovanı vuraraq yol
nəqliyyat hadisəsi törədib.
Hadisə nəticəsində A.Osmanova hospitalizasiya olunduğu Sabunçu
Tibb Mərkəzində həyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

