Bakıda bu marşrut avtobusu “BakuBus”a verilib

Baş səhifə

Bakı. Trend:

49 nömrəli marşrutun avtobusları yenilənir.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.




Bildirilib ki, metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi
(68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm
marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan “BakuBus” MMC xəttin istismarını həyata keçirəcək.

Marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət
intervalı ilə fəaliyyət göstərəcək. Avtobuslarda ödəniş nağdsız
qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir