Qohumunun 28 min manatını oğurlayan şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Xətai rayonu ərazisində bir qadın polisə müraciət edərək
yaşadığı evdən 28 min manat pulun oğurlandığını bildirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.

Bildirilib ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən,
zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək
saxlanılıb.




Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının
mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub.

Araşdırma davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir