
Bakı.Trend:
Salyanda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə
aşkarlanıb
Trend-in
məlumatına görə, Salyan polisin həyata keçirdiyi əməliyyat zamanı
narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 63 yaşlı Taleh
Şükürov saxlanılıb.
Həmin şəxsdən narkotik vasitə olan heroin və metamfetamin, eləcə
də 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb,
saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

