Livanda İsrailin son aviazərbələri nəticəsində 16 nəfər ölüb

Baş səhifə

Gecə İsrailin aviazərbələri nəticəsində Livanın şərqində 16 nəfər ölüb, 35 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin açıqlamasında deyilir ki, Baalbek rayonunun Nabi Çit qəsəbəsinə İsrail tərəfindən həyata keçirilən bir sıra hücumlar nəticəsində ilkin məlumata görə, 16 vətəndaş ölüb, 35 nəfər yaralanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir