Oğurluq ehtiyat hissələri ilə maşın təmir edən ustalar saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Sumqayıt şəhərində bir nəfərə məxsus avtomobildən ehtiyat
hissələri oğurlanıb.

Bu barədə Trend-ə daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı
Q.Rəcəbov və 22 yaşlı A.Quliyev müəyyən edilərək saxlanılıblar.




Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobil
ustaları olduqlarına görə zərərçəkən nəqliyyat vasitəsini onların
yanına təmir məqsədi ilə gətirib. Onlar isə maşının ehtiyat
hissələrini talayaraq digər avtomobillərin təmirində istifadə
ediblər.

Araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir