
Bakı. Trend:
Türkiyə Super Liqasında 25-ci tura start verilir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, turun mərkəzi oyunu “Beşiktaş”la “Qalatasaray” arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat
21:00-da start götürəcək.
İstanbul derbisini Ozan Ergünün rəhbərlik etdiyi hakimlər
briqadası idarə edəcək.
Qeyd edək ki, 24 turdan sonra 58 xal toplayan “Qalatasaray”
çempionatın lideridir. 46 xalı olan “Beşiktaş” isə 4-cü
yerdədir.

