Həcc ziyarəti üzrə sənəd qəbulunun vaxtı bu gün bitir, kvota tamamlanmayıb – QMİ

Baş səhifə

Bakı. Trend:

Həcc ziyarəti üzrə kvota hələ ki, tamamlanmayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları
İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem
rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə sənəd qəbulun vaxtının
bitməsinə baxmayaraq qəbul davam etdirilir:




“Qarşı tərəflə danışıqlar aparılır. Artıq kvotanın 85 faizdən
çoxu tamamlanıb. İlk uçuş isə mayın 17-də olacaq. İlk zəvvar
qrupunda 180 nəfər olacaq. Hazırda baş verən gərginliklərlə bağlı
heç bir dəyişiklik yoxdur, proses normal şəkildə davam edir.
Qeydiyyat prosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər
yoxdur, gündəlik müraciətlər qeydə alınır”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə
Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və
bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə
alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının
7-dək uzadılmışdı.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ
dolları, yəni 10 388 AZN təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir