Kiprdə terror təhlükəsi var – Britaniya XİN

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İrana məxsus pilotsuz
uçuş aparatlarının Kiprdəki Akrotiri bazasına zərbə endirməsi
fonunda adada terror aktları təhlükəsinin istisna edilmədiyini
bildirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat
verilib.

Nazirlikdən bildirilib ki, hücumlar kortəbii ola bilər və xarici
vətəndaşların tez-tez olduğu yerləri də hədəfə ala bilər.




Xatırladaq ki, martın 2-də Böyük Britaniyanın müdafiə naziri Con
Hili Britaniyanın Kiprdə yerləşən Akrotiri hərbi-hava qüvvələri
bazasının pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını
təsdiqləmişdi.

Martın 3-də isə Fransanın müdafiə məqsədilə Kiprə raketə və
pilotsuz uçuş aparatlarına qarşı sistemlər, həmçinin freqat
yerləşdirəcəyi məlum olub. Həmin gün Böyük Britaniyanın Baş naziri
Kir Starmer Londonun adadakı hərbi bazasında təhlükəsizliyi
gücləndirmək üçün helikopterlər və bir gəmi göndərdiyini
açıqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir