Tramp Mayamidə Latın Amerikası liderləri ilə görüşəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bu gün Mayamidə Vaşinqtonla ideoloji
baxımdan yaxın olan bir sıra Latın Amerikası ölkələrinin
liderlərini qəbul edəcək.

Trend bu barədə
xarici KİV-ə istinadən məlumat verir.




Məlumata görə, “Amerika qalxanı” adlı zirvə görüşündə Argentina,
Boliviya, Honduras, Kosta-Rika, Panama, Paraqvay, Salvador, Ekvador
liderləri, eləcə də Çilinin yeni seçilmiş prezidenti iştirak
edəcək.

Görüşün gündəliyinə təhlükəsizlik, qanunsuz miqrasiya, Latın
Amerikası ölkələrində mütəşəkkil cinayətkarlıq problemləri,
həmçinin Amerika qitəsində Çinin təsirinə qarşı mübarizə məsələləri
daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir