Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün növbəti təxliyə reysi həyata keçirilir

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv
olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə
Ərəbistanının Ciddə şəhərindən Bakıya növbəti təhlükəsiz təxliyəsi
martın 7-də həyata keçirilib.

Trend xəbər
verir ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Heydər
Əliyev Beynəlxalq Aeroportuna enib. Təxliyə reysi ilə ümumilikdə
200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin olunub.




Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq
qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun şəkildə
reyslərin təhlükəsiz və planlı icrasını həyata keçirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir