
Bakı. Trend:
“Brentford”un müdafiəçisi Maykl Kayode ölkəsinə qayıda
bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Yuventus” italiyalı futbolçunu
transfer etmək istəyir.
A Seriyası nəhəngi Kayodeni yayda heyətinə qatmağa çalışacaq.
İngiltərə klubu 21 yaşlı sağ cinah müdafiəçisi üçün 30 milyon avro
tələb edir.
Qeyd edək ki, Maykl Kayode “Yuventus”un yetirməsidir. İtaliya
U-21 millisinin üzvü 2025-cü ilin yanvarında “Fiorentina”dan “Brentford”a keçib. Gənc futbolçu bu mövsüm Premyer Liqa
təmsilçisinin heyətində 34 rəsmi matçda meydana çıxıb

