İsrail Mehrabad hava limanında SEPAH təyyarələrinə zərbə endirdiyini bildirib

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələrinin hava qüvvələri dünən gecə Tehranın
Mehrabad beynəlxalq hava limanına zərbələr endirib.

Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti
bildirib.




Məlumata əsasən, əməliyyat zamanı İslam İnqilabı Keşikçiləri
Korpusunun (SEPAH) “Əl-Qüds” bölməsinin 16 təyyarəsi məhv
edilib.

Bildirilib ki, hava limanı İranın regional müttəfiqlərinə silah
və pul göndərilməsi üçün mərkəz kimi istifadə olunub. İsrail ordusu
təyyarələrin Livandakı “Hizbullah” təşkilatına silah daşımaq üçün
istifadə edildiyini bildirib. İran Hərbi Hava Qüvvələrinə məxsus
bir neçə qırıcı təyyarə də vurulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir