
Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Trend-in
məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial
şəbəkəsində yazıb.
Nazir Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri
Şurasının qeyri-rəsmi iclası çərçivəsində Dolmabahçe Sarayında
qəbul edilib.
Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın
genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, cari regional təhlükəsizlik məsələləri müzakirə
olunub.

