
Bakı. Trend:
Martın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Trend xəbər verir
ki, Viktor Orban İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana
qarşı həyata keçirdiyi hücumu qınadığını vurğulayıb, ölkəmizlə tam
həmrəy olduğunu bildirib. Macarıstanın hər zaman Azərbaycanın
yanında olduğunu deyən Viktor Orban qeyd edib ki, ölkəmiz
Macarıstana güvənə bilər, Macarıstan Azərbaycana hər bir dəstək
göstərməyə hazırdır.
Dövlətimizin başçısı telefon zənginə, nümayiş olunan dəstəyə və
həmrəylik mövqeyinə görə minnətdarlığını bildirib.

