ABŞ İranın Azərbaycana qarşı dron hücumunu qətiyyətlə pisləyir – Dövlət Departamenti

Baş səhifə

Bakı. Trend:

ABŞ İranın Azərbaycana qarşı həyata keçirdiyi səbəbsiz pilotsuz
təyyarə hücumunu qətiyyətlə pisləyir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin
açıqlamasında bildirilib.

“ABŞ İran rejiminin 5 mart tarixində Naxçıvan Beynəlxalq Hava
Limanını və uşaq məktəbini hədəf alan, mülki şəxslər arasında
itkilərə və vacib mülki infrastruktura ziyan vuran səbəbsiz
pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir. Bu zərbələr
Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın
təcavüzünün lazımsız şəkildə artması deməkdir. Amerika Birləşmiş
Ştatları bu təhdidlərə qarşı mübarizədə Azərbaycanla tam
həmrəyliyini ifadə edir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə
hücumlar qəbuledilməzdir və ABŞ-ın bu tərəfdaşlara güclü dəstəyi
ilə qarşılanacaq”, – deyə bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir