Hakan Fidan Azərbaycan–Ermənistan sülh prosesindən danışdı 

Baş səhifə

Türkiyə Azərbaycanın və Ermənistanın qalıcı sülhə nail olunması və regionda sabitliyin təmin edilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirir.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, atılan addımlar Cənubi Qafqazda sülh prosesinin artıq real nəticələr verməyə başladığını göstərir.

“Bu addımların qorunub saxlanılması və yekunda qalıcı sülh müqaviləsi ilə taclandırılması bizim ən böyük arzumuzdur”, – deyə Fidan vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir