Bəhreyn Daxili İşlər Nazirliyi: İranın zərbəsi nəticəsində üç nəfər yaralanıb

Baş səhifə

İranın raket zərbəsi nəticəsində azı üç nəfərin yaralandığı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hücum zamanı Manamanın şimal-şərqində yerləşən Mühərrək rayonunda universitet binalarından biri də zərər görüb.

Nazirliyin X sosial şəbəkəsində yayımladığı bəyanatda qeyd olunub ki, “İranın açıq-aşkar aqressiyası nəticəsində üç nəfər yaralanıb. Raket qalıqlarının düşməsi səbəbindən Mühərrək rayonunda universitet binasına maddi ziyan dəyib”.

Rəsmilər hansı universitetin zərər gördüyünü dəqiqləşdirməyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir