Cənubi Koreyada yüksək patogenli quş qripi ocağı aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyada Seulun kənarında yerləşən quşçuluq fermasında
yüksək patogenli quş qripinə yeni yoluxma halı təsdiqlənib.

Trend xəbər verir
ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.




Rəsmilər martın 7-də bildiriblər ki, bu mövsüm qeydə alınan
xəstəliyin ümumi sayı 53-ə çatıb. Yoluxma Poçhon şəhərindəki
fermada qeydə alınıb, bu şəhər paytaxtdan 40 kilometr şimalda,
Kenqido əyalətində yerləşir.

Hakimiyyət orqanları fermaya girişi məhdudlaşdırıb, yoluxmuş
quşları məhv etməyə başlayıb və epidemiyanın səbəbini araşdırmaq
üçün tədqiqat aparır. Yaxınlıqdakı müəssisələrdə isə 24 saatlıq iş
dayandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir