
Bakı. Trend:
Tonqa Krallığının ən böyük adası olan Niuatoputapunun cənub
sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS)
məlumat yayıb.
Agentliyin məlumatına görə, zəlzələnin episentri Hihifo
şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların
ocağı isə təxminən 116 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumat
verilməyib. Həmçinin sunami təhlükəsi elan olunmayıb.

