Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Ceyhun Bayramova zəng edib

Baş səhifə

Bakı. Trend:

8 mart tarixində Niderland Krallığının xarici işlər naziri Tom
Berendsen Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramova zəng vurub.

Trend xəbər verir
ki, bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər regionda artan gərginliklə
bağlı fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov həmkarına
Iran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron
hücumları və yaranmış təhlükəsizlik vəziyyəti barədə ətraflı
məlumat verib.

Nazir Ceyhun Bayramov bu hücumların ölkənin suverenliyi və ərazi
bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu
vurğulayıb.

Nazir Tom Berendsen vəziyyətlə bağlı narahatlığını ifadə edib,
hücumları qətiyyətlə pisləyib. O, regional sabitliyin təmin
edilməsinin əhəmiyyətini qeyd edib.

Niderland naziri bununla yanaşı Niderland vətəndaşlarının
operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə
minnətdarlığını bildirib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə
Niderland arasında ikitərəfli münasibətlərin inkişaf
perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər regional və
beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir