
Bakı. Trend:
Misli Premyer Liqasının XXIII turunda “Şamaxı” doğma meydanda “İmişli”ni qəbul edib və oyun 0:0 hesabı ilə yekunlaşıb.
Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada hər iki komanda
hesab açmayıb.
Turnir cədvəlində “Şamaxı” 27 xalla səkkizinci, 22 xala malik “İmişli” isə doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər qarşılaşmasında “Sumqayıt” və “Karvan-Yevlax” komandaları 1:1 hesabı ilə bərabərə qalıblar.
xxx
09:20
Bu gün Misli Premyer Liqasının XXIII turu çərçivəsində daha iki
qarşılaşma baş tutacaq.
Trend-in
məlumatına görə, günün ilk oyununda Şamaxı doğma meydanda İmişlini
qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat
15:00-da başlayacaq.
Turun digər matçında isə Qarabağ öz meydanında Araz-Naxçıvanla
üz-üzə gələcək. Saat 19:15-də start götürəcək qarşılaşma Tofiq
Bəhramov adına Respublika Stadionunda oynanılacaq.
Hazırda turnir cədvəlində “Qarabağ” 46 xalla ikinci pillədə
qərarlaşıb. “Araz-Naxçıvan” 33 xalla beşinci sıradadır. “Şamaxı” 26
xalla səkkizinci, 21 xala malik “İmişli” isə doqquzuncu pillədə yer
alır.
15:00. “Şamaxı” – “İmişli”
19:15. “Qarabağ” – “Araz-Naxçıvan”

