
Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.
“Qazel” markalı mikroavtobus “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmasada, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

