Fransa Respublikasının Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib

Baş səhifə

Bakı. Trend:

Fransa Respublikasının Prezidenti Emmanuel Makron martın 8-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir
ki, Fransa Prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədar
ölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib.

Emmanuel Makron, həmçinin İrandakı Fransa vətəndaşlarının
Azərbaycan vasitəsilə təxliyyəsinə yaradılmış şəraitə görə
dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan
həmrəyliyə görə təşəkkür edib.

Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda sülhün
möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin
yenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb,
əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir