İranın Ali Lideri kimi yenə onun adı ÇƏKİLİR

Baş səhifə

“İranın 88 ruhanidən ibarət Ekspertlər Şurasında əksəriyyətin səsi ölkənin mərhum Ali Lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneiyə verilib”.

Modern.az xəbər verir ki, bu barədə Ekspertlər Şurasının adı açıqlanmayan bir üzvü “Pars Today” qəzetinə bildirib.

Daha əvvəl Ekspertlər Şurası yeni Ali Liderin seçilməsi ilə bağlı ortaq məxrəcə gəldiklərinə işarə etmiş, lakin seçilən şəxsin adı açıqlanmamışdı.

Qeyd edək ki, Espertlər Şurasının üzvü Alam əl-Huda da bu gün “Mehr” agentliyinə bildirib: “Liderlik vəzifəsi üçün seçim keçirilib və yeni Ali Rəhbər müəyyən edilib”.

Onun sözlərinə görə, “liderin şəhid olmasından sonrakı ilk saatlarda Ekspertlər Şurası toplaşıb və üzvlərin əksəriyyəti tək bir namizəd üzərində razılığa gəlib. Bu namizəd şuranın rəyasət heyətinə təqdim edilib”.

Onun sözlərinə görə, Ekspertlər Şurasının hələ qərar vermədiyini iddia edən bütün xəbərlər yalandır. İndi isə varisin rəsmi şəkildə nə vaxt elan olunacağına şuranın katibliyinin rəhbəri qərar verəcək.

Xatırladaq ki, dünən İranının iki nüfuzlu Ayətullahı İslam Respublikasının yeni Ali Liderinin seçkilərinin sürətləndirilməsini tələb edib. Belə ki, Ayətullahlar Məkarim Şirazi və Nuri Həmədani İranın yeni Ali Liderinin andiçmə mərasiminin sürətləndirilməsini gözlədiyini vurğulayıblar. Onlar bildiriblər ki, bu vacib məsələnin vaxtında həlli milli hakimiyyəti gücləndirəcək və işlərin ümumi təşkilini yaxşılaşdıracaq.

Ayətullahlar Ekspertlər Şurasının üzvlərinə ünvanladıqları mesajda yeni Ali Rəhbərin adını elan etməyə çağırıblar.

İran Konstitusiyasına görə, 88 üzvdən ibarət Ekspertlər Şurası ölkənin Ali Liderini seçmək səlahiyyətinə malikdir. İranı 37 il idarə edən Xamenei 28 fevralda Tehrana ABŞ-İsrail hava hücumu zamanı öldürülüb.

İsrail Müdafiə Qüvvələri də bu prosesə münasibət bildirərək, yeni Ali Lideri axtaracağını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir