
Bakı. Trend:
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb.
Trend xəbər verir ki, bunu
ABŞ-nin daxili işlər naziri Duqlas Berqam “Fox News” telekanalına
müsahibəsində bildirib.
Onun sözlərinə görə, martın 6-da Venesueladan ABŞ-yə sənaye və
kommersiya məqsədləri üçün istifadə olunacaq 100 milyon dollarlıq
qızıl göndərilib.

