Azərbaycan cüdoçuları Qran-Pri turnirində 4 medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri
başa çatıb.

Trend xəbər verir ki,
Azərbaycan millisi beynəlxalq yarışda 4 medal qazanıb.

Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata
yiyələnib. 100 kiloqramdan artıq çəki dərəcəsində çıxış edən cüdoçu
üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli
Demetraşvili üzərində əzmkar qələbə qazanıb.




Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (66 kiloqram) qızıl,
Vüsal Qələndərzadə (81 kiloqram) gümüş, Ömər Rəcəbli (81 kiloqram)
isə bürünc medala yiyələnib.

Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən milli
komanda 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında
isə birinci yeri tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir