Fransa vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib

Baş səhifə

Bakı. Trend:

Fransa hökuməti Yaxın Şərqdə təhlükəsizliyin pisləşməsi fonunda
İraqda olan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.

Trend xəbər verir ki, bu
barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub
ki, vətəndaşlar ölkədən ayrılmazdan əvvəl İraqdakı Fransa
diplomatik nümayəndəliklərinə özləri barədə məlumat
verməlidirlər.




Bundan əlavə, Fransa hökuməti vətəndaşlarına İraqa səfər
etməməyi qəti şəkildə tövsiyə edib.

İraqın şimalında yerləşən Ərbil şəhərində hava limanı
yaxınlığında baş verən zərbələr nəticəsində təhlükəsizlik
qüvvələrinin bir üzvü həlak olub, daha biri isə yaralanıb.
Həmçinin, şənbə gecəsi Ərbildə güclü partlayış səslərinin
eşidildiyi bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir