
Bakı. Trend:
“Volfsburq” baş məşqçisi Daniel Bauerlə yollarını ayırıb.
Trend xəbər verir ki, bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya təmsilçisi 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı
razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Volfsburq” Bundesliqada 25 turdan sonra 20 xalla
17-ci pillədə qərarlaşıb.

