Premyer Liqa: “Zirə” “Kəpəz”i, “Neftçi” “Turan Tovuz”u qəbul edəcək

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasının XXIII turunda bu gün daha oyun
keçiriləcək.

Trend xəbər verir ki, günün
ilk qarşılaşmasında avrokuboklara iddialı olan “Zirə” autsayderlər
sırasından qurtulmağa çalışan “Kəpəz”i qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat
18:30-da başlayacaq.

Ardınca isə son turlar yüksəlişdə olan “Neftçi” “Palms Sports
Arena”da “Turan Tovuz”u sınağa çəkəcək. Sözügedən qarşılaşmanın
start fiti saat 20:30-da səslənəcək.

“Turan Tovuz” 41 xalla turnir cədəlinin üçüncü pilləsində
qərarlaşıb. “Zirə” 38 xalla dördüncüdür. “Neftçi” 31 xalla
yeddinci, 16 xala malik “Kəpəz” isə onuncudur.

Misli Premyer Liqası

XXIII tur

9 mart

18:30. “Zirə” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik
Yunusov

VAR: Elvin Bayramov

AVAR: Cavid Cəlilov




Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu

20:30. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan
Həmzəzadə

VAR: Elçin Məsiyev

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Palms Sports Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sumqayıt” “Karvan-Yevlax”la (1:1), “Şamaxı” isə “İmişli” (0:0) ilə bərabərə
qalıb. “Qarabağ” isə “Araz-Naxçıvan”ı məğlub edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir