Dünya bazarlarında neftin qiyməti 119 dollara yaxınlaşıb

Baş səhifə

Bakı. Trend:

Dünya enerji bazarında neftin qiyməti artıb.

Trend xəbər
verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı xam neftin
aprel fyuçerslərinin qiyməti 28.3% artaraq 116,57 ABŞ dollarına
yüksəlib.

Məlumata görə, “Brent” markalı xam neftin may ayı üzrə
fyuçerslərinin qiyməti isə Bakı vaxtı ilə 09:00-da 27,6% artaraq
118,43 dollara kimi yüksəlib.




Ümumilikdə, qiymət artımı əsasən Yaxın Şərqdə artan hərbi
gərginliklə əlaqədar enerji infrastrukturuna mümkün təhlükələrlə
bağlıdır.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta
qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir