İranda yeni liderə sədaqət andı üzrə tədbir keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Bu gün İranda yeni Ali Lideri Seyid Muctaba Xameneiyə sədaqət
andının içilməsi məqsədilə ölkə üzrə yerli vaxtla saat 15:00-da
tədbir keçiriləcək.

Trend-in
məlumatına görə, bu barədə İranın İslam Təbliğatı Koordinasiya
Şurası məlumat yayıb.

Məlumatda bütün İran vətəndaşları bütün şəhərlərdə təşkil
olunacaq tədbirdə iştiraka dəvət olunub.

Qeyd edək ki, 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə
28 fevralda ABŞ və İsrailin hərbi hava hücumları nəticəsində
öldürülən Ali Lideri Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid
Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.




Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir