Müctəba Xameneinin andçimə mərasimin vaxtı və yeri açıqlandı

Baş səhifə

İranın yeni Ali Lideri Müctəba Xameneinin andiçmə mərasimi 9 martda keçiriləcək. Tədbir Tehranda keçiriləcək və yerli vaxtla saat 15:00-da (Moskva vaxtı ilə saat 14:30) başlayacaq.

Modern.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Mərasim paytaxtın mərkəzindəki İnqilab meydanında keçiriləcək. Tədbirlə bağlı əlavə məlumat verilməyib.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian ölkənin yeni Ali Liderinə təbrik məktubu göndərmişdi. Mesajda o, mərhum Ayətullah Əli Xameneinin oğlunun seçilməsinin bütün İran xalqının iradəsinin ifadəsi və birliyinin göstəricisi adlandırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir