Yaxın Şərqdəki münaqişə Asiya birjalarında tənəzzülə səbəb olub

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə eskalasiyaların davam etməsi və neft qiymətlərinin
kəskin bahalaşacağı ilə bağlı narahatlıqlar fonunda Asiyanın demək
olar ki, bütün aparıcı qiymətli kağızlar bazarlarında tənəzzül
müşahidə olunmaqdadır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Bu narahatlıq ən çox Şərqi Asiyanın aparıcı sənaye ölkələrində –
karbohidrogenləri daha çox idxal edən Yaponiya və Cənubi Koreya
kimi ölkələrdə hiss olunur.




Məsələn, Tokionun Nikkei indeksi yeddi faiz bəndi azalaraq ciddi
tənəzzül nümayiş etdirir. Qonşu Cənubi Koreyanın KOSPI indeksi də
səkkiz faiz azalıb. Hökumət bazara müəyyən sabitlik gətirmək üçün
neftin qiymətinə yuxarı hədd qoyulması kimi qeyri-adi addımın
atılmasını nəzərdən keçirir. Bu addım ölkədə son 30 ildə tətbiq
edilməyib.

Bazarların hamısı mənfi zonada qalmaqda davam etdiyi bir vaxtda,
ABŞ-da Ağ evdən səslənən — bunun qısamüddətli və kəskin bir şok
olduğu və neft qiymətlərinin yenidən aşağı düşəcəyi barədə
açıqlamalar da investorları ciddi şəkildə arxayınlaşdıra
bilmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir