Həftəsonu Yer kürəsində maqnit fırtınası olub

Baş səhifə

Martın 7 və 8-də Yer kürəsində zəif maqnit fırtınası müşahidə olunub.

Modern.az xəbər verir ki, Britaniya Geoloji Xidmətinin məlumatlarına görə, vəziyyət bu gün normala dönməlidir.

Bu gündən Günəş küləyinin sürətinin tədricən zəifləyəcəyi bildirilir. Bu gün, 9 martda aktivlik dövrləri hələ də mümkündür, lakin maqnit fırtınası gözlənilmir.

Meteoagent həmçinin bildirir ki, Yer kürəsinin geomaqnit sahəsi bu gün nisbətən sakit olacaq. Kp indeksinin 4-dən aşağı qalacağı proqnozlaşdırılır. Ən zəif maqnit fırtınası 5-də başlayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir