
Bakı. Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
martın 7-də və 8-də ümumi çəkisi 29,8 kiloqrama yaxın narkotik
vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilir ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri
davam etdirilir.
Eyni zamanda, martın 7-də və 8-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 5 qumbara, 4
alışdırıcı, 14 tüfəng, 3 patron darağı və 91 ədəd müxtəlif çaplı
patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

