
Bakı. Trend:
Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən
etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa
edir.
Trend bu
barədə AZAL-a istinadən xəbər verir.
AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu
üzrə planlaşdırılmış uçuş cədvəli:
|
Reys |
Bakıdan qalxma |
Naxçıvandan qalxma |
|
J2 2251 / 2252 |
18:00 |
20:00 |
|
J2 2253 / 2254 |
19:00 |
21:00 |
|
J2 2255 / 2256 |
20:00 |
22:00 |
|
J2 2257 / 2258 |
21:00 |
23:00 |
Qeyd edək ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan
istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata
keçirilməyə davam edəcək.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin
təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri
görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ
şəkildə məlumatlandırılacaqlar.
Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı vasitəsilə
aviaşirkətə müraciət etmək mümkündür.

