
Bakı.Trend:
Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarından
birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin
oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının
həyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən,
əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadə
müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusda
törətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə lentə
alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Vətəndaşlara ictimai nəqliyyatda olarkən diqqətli olmaları,
şəxsi əşyalarını nəzarətdə saxlamaları və sıxlıq olan yerlərdə
ehtiyatlı davranmaları tövsiyə olunur. Bu kimi hallarla
qarşılaşdıqda və ya şübhəli şəxslər gördükdə dərhal polisə məlumat
vermələri xahiş olunur.

