Almaniyada evə meteorid düşüb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Almaniyada atmosfer təbəqəsini dələrək parçalanmış meteoridin
bir hissəsi Koblents şəhərində yaşayış evinə düşüb.

Trend xəbər verir
ki, bu barədə Almaniyanın dövlət radioyayım şirkəti olan
“Südwestrundfunk” (SWR) məlumat yayıb.

Bildirilib ki, təmas nəticəsində evin dam örtüyündə futbol topu
böyüklüyündə dəlik əmələ gəlib. Kosmik cismin qırıntısı yataq
otağına düşsə də, xoşbəxtlikdən heç kim xəsarət almayıb.




Digər qırıntıların isə Reynland Pfalts federal torpağında
yerləşən malikanələrin ərazilərinə düşdüyü deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir