“İnter”in müdafiəçisi “Liverpul”un hədəfindədir

Baş səhifə

Bakı. Trend:

“İnter”in müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Liverpul” italiyalı futbolçunun
xidmətində maraqlıdır.




“Qırmızılar” Dimarkonu yayda heyətinə qatmağa çalışacaq. 28
yaşlı sol cinah müdafiəçisi özü də Premyer Liqada oynamaq
variantının əleyhinə deyil.

Qeyd edək ki, Federiko Dimarko “İnter”in yetirməsidir. İtaliya
millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana
çıxdığı 36 rəsmi matçda 7 qol və 15 məhsuldar ötürmə ilə yadda
qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir