
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı son
statistikanı açıqlayıb.
Trend ÜST-ə
istinadən xəbər verir ki, son 28 günlük statistikaya əsasən, düyna
üzrə koronavirusa yoluxma sayı artsa da, ölüm halları azalıb.
Belə ki, ötən 28 günlük dövrdə dünya üzrə kovidə 48 187 yoluxma
qeydə alınıb. Yoluxma Braziliya və Yunanıstanda üstünlük təşkil
edib. Ölüm hallarının sayı isə 1596 olub. Ölüm ABŞ, İsveç,
Braziliya, Yunanıstan, Latviya və Estoniyada daha çox qeydə
alınıb.
Xəstəxənaya yerləşdirilənlərin sayı isə 5543 nəfər olub. Bu
hallar əsasən ABŞ, Böyük Britaniya, Şimali İrlandiya Birləşmiş
Krallığı, Braziliya, Latviya, Polşa, Litva, Kolumbiya, Estoniya və
Çexiyadan olub.

